Çempionlar Liqasında digər ¼ finalçının adına İtaliyada aydınlıq gələcək. “Yuventus” “Vilyarreal”la qarşılaşacaq. İspaniyada keçirilən ilk oyun 1:1 hesabilə başa çatmışdı. Turin klubunun baş məşqçisi Massimiliano Alleqri futbolçularının hazırkı vəziyyətilə bağlı məlumat verib. İtaliyalı mütəxəssis ilk oyunda qeydə alınan nəticəyə görə bu qarşılaşmanın daha maraqlı vurğulayıb:  “Bəzi əsas heyət oyunçularımız görüşdə iştirak etməyəcək. Kyellini, Dibala və Bernardeski isə meydanda mübarizə aparacaq. “Vilyareal” çox yaxşı məşqçisi olan təcrübəli komandadır. Yüksək texnikaya malik futbolçulara sahibdirlər. Turində oynamağımız üstünlükdür. Bu amildən lazımınca istifadə etməliyik”.

“Vilyarreal”ın baş məşqçisi Unay Emeri isə ehtiyyatlı açıqlamaları ilə diqqət çəkib:  “Yuventus” cütün favoritidir. Hətta  Çempionlar liqasını qazanmağa da layiqdirlər. Düşünürəm ki, mərhələni keçmək üçün müdafiədə etibarlı oynamalıyıq. Rəqib güclü pressinq edəcək. Bu hücumların qarşısını ala biləcək oyunçularımız var. Əks-hücumlarda istədiyimiz nəticəni qazana bilərik”. 

“Yuventus”un heyəytində Aleks Sandro, Denis Zakaria, Federiko Kyeza və Leonardo Bonuççi oyunda iştirak etməyəcəklər. “Vilyarreal” isə Pako Alkaser, Alberto Moreno və Ruben Penanın köməyindən yararlana bilməyəcək.

Qeyd edək ki, “Yuventus” – “Vilyarreal” matçı bu gün Bakı vaxtilə gecə saat 12-də başlanacaq.